“Azərbaycanda oynamaqdan qürur duyacağıq” - Nihat Özdemir

01:13 1 Dekabr 2019

“Hədəfimiz finallara qatılmaqdı. Yaxşı qrupa çıxdıq. Bakı da bizim öz şəhərimiz sayılır”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri Avro-2020-nin əsas mərhələsinin püşkatma nəticələrinə münasibət bildirən Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir deyib:

 

“Hər zaman demişik: biz bir millət iki dövlətik. Yaxşı komandamız var. Azərbaycanda oynamaq bizə qürur verəcək. İtaliyaya ilk məğlubiyyətini yaşatmaq istəyirik. Baş məşqçimizə güvənirik. Azərbaycanda öz ölkəmizdə kimi oynayacağıq. Tribunaların hamısını türk qardaşlarımız dolduracaq”.

 

Türkiyə milli komandasının İsveçrə və Uels komandaları ilə matçları, eləcə də İsveçrə – Uels görüşü Bakı Olimpiya Stadionunda təşkil ediləcək.

 

Bakıdakı qrup oyunları iyunun 13-də, 17-də və 21-də olacaq.


Digər xəbərlər

Xəbər xətti