Bu gün Azərbaycan Kubokunda 2019/20 mövsümünə start veriləcək.
Sportarena.az xəbər verir ki, 1/8 final mərhələsində 4 oyun keçiriləcək. Bu raundda üz-üzə gələn cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edirik.
Azərbaycan Kuboku
1/8 final
3 dekabr (çərşənbə axşamı)
“Keşlə” – “Kəpəz” – 4 oyun, +3=1-0, top fərqi 7-2
Əvvəlki 4 oyunda paytaxt klubu uduzmayıb. Bakılılar ev matçlarında qalib gəliblər.
2016/17 1/4 final İnter (Bakı) - Kəpəz (Gəncə) 2:0, 0:0
2017/18 1/4 final Keşlə (Bakı) - Kəpəz (Gəncə) 2:0, 3:2
4 dekabr (çərşənbə)
“Sabah” – “Ağsu” – 1 oyun, +1=0-0, top fərqi 3-0
Komandalar arasında yeganə qarşılaşmada böyük hesab qeydə alınıb. “Sabah” qol buraxmadan qalib gəlib.
2018/19 1/8 final Ağsu - Sabah (Bakı) 0:3
“Zirə” – “Qaradağ Lökbatan” – 1 oyun, +0=0-1, top fərqi 0-1
İndiyədək baş tutan yeganə görüşdə bir qol vurulub. Qələbə qazanan “Qaradağ-Lökbatan” top buraxmayıb.
2014/15 1/16 final Qaradağ-Lökbatan - Zirə 1:0
“Sumqayıt” – “Zaqatala” – indiyədək qarşılaşmayıblar.