"Qəbələ" futbol akademiyasına seçim elan etdi

12:25 4 Dekabr 2019

"Qəbələ” Futbol Akademiyası aşağı yaş qruplarına qış seçimləri elan edir.

 

Sportarena.az xəbər verir ki, seçimlər Qəbələ şəhər stadionunda dekabrın 14 və 15-də 2002 - 2012-ci il təvəllüdlü futbolçular arasında keçiriləcək. Seçimlərdə iştirak etmək istəyən futbolçular qeydiyyatdan keçmək üçün aşağıda göstərilən əlaqə nömrəsinə və ya email ünvanına adını, soyadını və doğum tarixini göndərməli, seçimlərə gələrkən şəhadətnamə və ya şəxsiyyət vəsiqələrinin surətini gətirməlidirlər.

 

Tel: 050 290 00 63, 055 511 39 65

 

Email: [email protected]

 

Seçim tarixi:

 

Qəbələ Şəhər Stadionu

 

14 dekabr- 2002-2003-2004-2005-2006

15 dekabr -2007-2008-2009-2010-2011-2012-ci il təvəllüdlü futbolçular

 

Seçimlər saat 10:00-da başlayacaq. Xatırladaq ki, ilkin seçim mərhələsində göstərilən təvəllüdlərə uyğun istənilən şəxs iştirak edə bilər.


Digər xəbərlər

Xəbər xətti