“AÇ-də Azərbaycanı da təsmil edəcəyik” - Şenol Günəş

16:11 4 Dekabr 2019

Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin final mərhələsindən danışıb.

 

Sportarena.az xəbər verir ki, təcrübəli mütəxəssis oyunlarından 2-ni Bakıda keçirmələri barədə fikirlərini də açıqlayıb. 

 

O, AÇ-də Türkiyə ilə yanaşı, Azərbaycanı da təmsil edəcəklərini bildirib: “Biz İtaliyaya qalib gəlsək də, onlar çox güclüdürlər. Digər iki oyunumuz çox önəmli olacaq. Qrupdan çıxmaq istəyirik. Bakıda Azərbaycanı və özümüzü təmsil edəcəyik. 2 matç hər şeyi dəyişə bilər. Orada bizə, azarkeşlərə, mətbuata, hər kəsə vəzifə düşür. Bu qrupdan çıxacağıq”.


Digər xəbərlər

Xəbər xətti