“Qızıl top”u qazana bilməyən futbolçu Kriştiano Ronaldoya sevgilisi Corcina Rodriqez dəstək olub.
Sportarena.az xəbər verir ki, sosial şəbəkədə paylaşım edən Corcina sevgilisinə “Sən ən yaxşısan” deyə tərif yağdırıb:
“Rəqəmlər və qazandığın mükafatlar ortadadır. UEFA Millətlər Liqası, İtaliya Kuboku, A seriyasında çempionluq, seriyanın ən yaxşısı seçildin. Sən nə qədər uğur qazansan da, müküfatlara sığmayacaq birisən. Sən rəqabətdən qorxmayan futbolçusan və dünyaya hər zaman bir nömrə olduğunu göstərirsən. Səni sevirəm”.
Qeyd edək ki, “Qızıl top” mükafatını 6-cı dəfə argentinalı futbolçu Lionel Messi qazanıb.