Ramil Şeydayev "Dinamo"dan gedir

15:14 6 Dekabr 2019

Milli komandamızın üzvü Ramil Şeydayev Moskva "Dinamo"sunu tərk etməyə hazırlaşır.

 

Sportarena.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Paytaxt klubu ilə yaya qədər müqaviləsi olan milli komandamızın hücumçusu qış fasiləsində komandadan gedəcək. Buna səbəb onun heyətə düşə bilməməsidi.

 

Rusiya mediası bu gün Premyer Liqanın XV turu çərçivəsində səfərdə "Zenit"in qonağı olacaq Moskva klubunun hücumçusunun məhz Sankt-Peterburq yetirməsi olduğu qabardılıb. 23 yaşlı Ramilin "Zenit"i tərk edib vətəndaşlığını dəyişdiyinə görə artıq Piterdə sevilmədiyi vurğulanır: "Şeydayev "Dinamo"da keçirdiyi 8 oyunda qol vura bilməyib. Son iki ayda cəmi 2 görüşdə iştirak edib, axırıncı dəfə noyabrın ortalarında Azərbaycan millisinin formasında meydana çıxıb. Dörd il əvvəl hər şey fərqli idi. Məhz həmin vaxt Andre Villaş-Boaş onu "Zenit"in əsas heyətinə cəlb etdi. Əvəzedicilərdə 13 oyunda 10 qol vurmuşdu. Şeydayev vətəndaşlığını dəyişdikdən sonra 6 klubda çıxış etdi, 57 matçda yalnız 10 qol vurdu. Bu gün Ramilin adı "Zenit"lə qarşılaşmada iştirak ərizəsinə salınacaq, amma meydana çıxmaq ehtimalı çox azdır. Şeydayev indi rəqiblər üçün təhlükəli deyil".


Digər xəbərlər

Xəbər xətti