Azərbaycan ağırlıqqaldıranı Nizami Paşayev 10 ildən sonra 3 qat dünya çempionu adını qazanıb.
Azərbaycan Ağır Atletika federasiyasından verilən məlumata görə, buna səbəb 2009-cu ildə Cənubi Koreyada keçirilən mundialın qalibi Vladimir Sedovun dopinqə yaxalanmasıdır.
2008-ci ildə Pekin Yay Olimpiya oyunlarında ondan testin yenidən analizi zamanı müsbət nəticənin ortaya çıxmasıdır. Buna görə də Sedovun 2016-cı ilə qədərki bütün nəticələri ləğv edilib. Bununla da Paşayev 3-cü dəfə dünya çempionu olub. Nizami Paşayev belə nəticə ilə ağırlıqqaldırma tarixində rekorda imza atıb.
Qeyd edək ki, Nizami Paşayev 2002 və 2009-cu illərdə də dünya çempionu olub.