Azərbaycan Premyer Liqasında 14-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, "Zirə" doğma meydanında "Səbail"i məğlub edib - 4:1. "Qəbələ" isə səfərdə "Sumqayıt"la bərabərə qalıb - 1:1. Günə "Sabah" - "Neftçi" oyunu ilə yekun vurulub. Qonaqlar 2:0 hesablı qələbə ilə 2-ci pilləyə yüksəlib.
8 dekabr (bazar)
“Sabah” – “Neftçi” - 0:2
Qollar: Anton Krivotsyuk, 45+2, Stiven-Jozef Monroz, 90+2
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 17:00
“Zirə” – “Səbail” - 4:1
Qollar: Nicat Süleymanov, 5, 20, Adrian Skarlatake, 60, Tellür Mütəllimov, 89 - Eriko da Silva, 78
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: Peyman Babayi, 31 (pen.) - Fernan Lopes, 23
Qırmızı vərəqələr: Anar Nəzirov, 65, Qismət Alıyev, 86 (hər ikisi "Qəbələ")
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 15:00