Futbol üzrə Türkiyə Super Liqasında 14-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bazar günü daha dörd qarşılaşma baş tutub. “Konyaspor” – “Qaziantep” matçında hesab açılmayıb. Səfərdə “Antalyaspor”un qonağı olan “Trabzonspor” inamlı qələbəyə sevinib. “Dənizlispor”la qarşılaşan “Başakşəhər” turu xal itkisi ilə üzləşib. “Beşiktaş” isə “Kasımpaşa” ilə qarşılaşmadan qalib ayrılıb.
Türkiyə Super Liqası
14-cü tur
8 dekabr
"Konyaspor" – "Qaziantep" - 0:0
"Antalyaspor" – "Trabzonspor" - 1:3
Qol: Çelustka, 17 – Sorlot, 3. Nvakaeme, 25. Y.Sarı, 45.
"Dənizlispor" – "Başakşəhər" - 1:1
Qol: Barrov, 60 – Vişça, 54.
"Kasımpaşa" – "Beşiktaş" - 2:3
Qol: M.Pektemek, 24. Koita, 56 – C.Erkin, 39. Roko, 67. U.Nayir, 90+4.
9 dekabr
21:00 Kayserispor – Rizəspor