Azərbaycan Premyer Liqasının XIV turunun “Sabah” – “Neftçi” oyununda vurulan son qol qonaqlar üçün əlamətdar olub.
Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində 550-ci səfər qoluna imza atıb. Bu yubiley topunun müəllifi Stiven Monroz olub. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.
“Neftçi” 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır.
Qeyd edək ki, “Neftçi”nin Azərbaycan çempionatındakı ilk səfər qolunu 1992-ci il mayın 15-də Yunis Hüseynov vurub. O, “Avtomobilçi” ilə Yevlaxdakı matçın 21-ci dəqiqəsində fərqlənib. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.