"Yuventus"un futbolçusu Kriştiano Ronaldonun oğlu Turin klubunun U-9 komandasının heyətində iştirakçısı olduğu “Trophеe Cavour” turnirində ən yaxşı hücumçu seçilib.
Sportarena.az xəbər verir ki, o, turnirdə 3 qol vurub. 9 yaşlı kiçik Ronaldonun komandası finalda “Kyeri”yə 3:2 hesabı ilə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Kriştiano Ronaldo 2018-ci ilin yayından “Yuventus”da oynayır. Onun oğlu da həmin vaxtdan İtaliya klubunun akademiyasına qoşulub.