Dünya Antidopinq Agentliyinin (WADA) vitse-prezidenti Linda Helleland Rusiyanı Moskva Antidopinq Laboratoriyasında aparılan dopinq manipulyasiyalarına görə üzr istəməyə çağırıb.
Sportarena.az xəbər verir ki, o, bu hadisənin dünya idman tarixinin ən böyük qalmaqalı adlandırıb:
“Düşünürəm ki, bu dünya idmanında yaşanan ən böyük qalmaqaldır. Mən təklif edərdim ki, Rusiya idmançılara və azarkeşlərə yaratdığı problem üçün üzr istəsin. Əslində, bu mənə çox pis təsir etdi”.