Ayaz Quliyev qış transfer dönəmində Moskva "Spartak"ından ayrıla bilər.
Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisi həmyerlimizi və gürcüstanlı yarımmüdafiəçi Cano Ananidzeni göndərmək niyyətindədir.
Qeyd edək ki, əslən Azərbaycanlı olan Ayaz Quliyev bu ilin yanvarında "Rostov"dan "Spartak"a keçib. Quliyev Rusiyanın U-21 yığmasında çıxış edib. 23 yaşlı yarımmüdafiəçi əsas yığma ilə bağlı seçimini etməyib. Onun Azərbaycan millisində oynamaq variantı var.