“Neftçi”nin yeni sponsoru müəyyənləşib.
Sportarena.az xəbər verir ki, “ağ-qaralar” bununla bağlı mətbuat konfransı keçirib.Paytaxt təmsilçisinin yeni sponsoru “Buta Global Enerji-Tekstil” şirkətidi. Bir qədər əvvəl “Bakcell Arena”da tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sözləşmə 2 il müddətinə nəzərdə tutulub.
Tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, “Buta Global Enerji-Tekstil”in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.
Anlaşmaya görə, şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq.