Əliyar Ağayev Kiyev “Dinamo”sunun matçında

17:05 10 Dekabr 2019

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

 

Sportarena.az xəbər verir ki, Ağayev, Avropa Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində keçiriləcək “Dinamo” (Kiyev, Ukrayna) – “Luqano” (İsveçrə) oyununun baş hakimi olacaq. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

 

Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını isə Orxan Məmmədov yerinə yetirəcək.

 

Dekabrın 12-də keçiriləcək “Dinamo” – “Luqano” oyunu saat 21:55-də start götürəcək.


Digər xəbərlər

Xəbər xətti