AFFA-dan “Qəbələ”nin qapıçısına sərt cəza

15:39 11 Dekabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.



Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının XIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

“Sumqayıt” – “Qəbələ” matçının 65-ci dəqiqəsində “Qəbələ”nin futbolçusu Anar Nəzirov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. Futbolçuya verilmiş 4 oyun cəzanın 2-si şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.
 

Oyunun 86-cı dəqiqəsində “Qəbələ”nin futbolçusu Qismət Alıyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti