İTV-də yayımlanan “3 D” verilişinin qonağı olan Elxan Məmmədov 2009-cu ildə AFFA-nın Berlində yaratdığı uşaq futbol məktəbindən danışıb.
Sportarena.az xəbər verir ki, federasiyanın baş katibi 3 il ərzində həmin məktəbə xərclənən pullardan da danışıb:
Məmmədov bildirib ki, Berlindəki məktəbin açılmasında məqsəd orada yaşayan azərbaycanlılara xidmət göstərmək olub: “Almaniyada yaşayan azərbaycanlıları ora cəlb etmək məqsədilə bu məktəb yaradılmışdı. Ölkəmizi də təbliğ etmək istəyirdik. Bu məktəbin açılmasına təxminən 100 min manat xərcləyirdik. Böyük rəqəmlərdən söhbət gedə bilməz”. (Qafqazinfo)