"Düşünmürəm ki, ölkələr arasındakı saat fərqi oyunumuza təsir etsin. Bunu nəzərə almışıq".
Sportarena.az xəbər verir ki, bu sözləri "Düdelanj"ın qapıçısı Conatan Juber Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda "Qarabağ"la səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
O, yuxu ilə bağlı problemlərinin olduğunu bildirib: "Sabah" "Qarabağ"la oyunda bunun öhdəsindən gələcəyik".
Qeyd edək ki, dekabrın 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:55-də start götürəcək.