Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçiriləcək PSJ - "Qalatasaray" matçından öncə hər iki klubun azarkeşləri arasında qarşıdurma baş verib.
Sportarena.az xəbər verir ki, fransız azarkeşlər Paris küçələrində türkiyəli fanatlara doğru pirotexniki vasitələr atıb.Bundan sonra azarkeşlər arasında toqquşma olub. Hadisəyə polis müdaxilə edib.