“Qarabağ” "Düdelanj"la heç - heçə etdi - YENİLƏNİB

23:58 12 Dekabr 2019

Bu gün futbol üzrə Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın bu turnirdəki yeganə təmsilçisi “Qarabağ” da sonuncu matçına çıxacaq.Ağdam klubu doğma meydanda Lüksemburq təmsilçisi "Düdelanj"la qarşılaşacaq. Qurban Qurbanovun çalışdırdığı kollektiv bu rəqibinə səfərdə 4:1 hesabıyla qalib gəlib. Azərbaycan çempionu qrup mərhələsini üçüncü pillədə başa vurmaq üçün bu rəqibinə doğma meydanda da qalib gəlməyə borcludu.

 

A qrupunun digər oyununda isə artıq pley-offa vəsiqəni təmin etmiş İspaniyanın “Sevilya” və Kiprin APOEL klubu üz-üzə gələcək.

 

Avropa Liqası
A qrupu
12 dekabr

21:55. Qarabağ - Düdelanj 1-1
Hakimlər: Kristo Tohver, Silver Koiv, Sten Klaasen, Yuri Frişer (hamısı Estoniya).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.


Digər xəbərlər

Xəbər xətti