Premyer Liqanın 14-cü turunun "Səbail"lə qarşılaşmasının (4:1) gedişində "Zirə"nin futbolçuları arasında qalımaqal yaşanıb.
Sportarena.az xəbər verir ki, qəsəbə klubunun kapitanı Cavid Hüseynovla Riçard Qadze meydanın ortasında "söz davası"na çıxıblar.
Gərginliyin yaranmasına səbəb qanalı forvardın ötürmə verməməsi olub. Komanda yoldaşına sərt şəkildə irad bildirən Hüseynov Qadzedən qarşılıq görüncə ara bir az da gərginləşib. Məşqçilər korpusu məsələyə klubdaxili toplantıda münasibət bildirib. Hər iki futbolçuya ciddi xəbərdarlıq edilib, onlara bildirilib ki, anoloji hal olarsa, əvəzedici heyətə göndəriləcəklər. Futbolçular eyni zamanda daxili kodeksə uyğun cəzalandırılıblar. (sportinfo)