Bakı Metropoliteni “Qarabağ”ın bu gün Avropa Liqasının qrup mərhələsinin son turunda “Düdelanj”a qarşı keçirəcəyi matça görə saat 00:30-a qədər işləyəcək.
Sportarena.az xəbər verir ki, bu barədə metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov feysbukda məlumat yayıb.O bildirib ki, azarkeşlərin qarşılaşmadan sonra rahat şəkildə ünvanlarına çatması üçün bu addım atılıb.
Qeyd edək ki, “Qarabağ” – “Düdelanj” matçı Bakı vaxtilə 21:55-də başlayacaq.