Fanatının bu hərəkəti Ronaldonu özündən çıxardı - VİDEO

19:36 12 Dekabr 2019

Dünən Çempionlar Liqasının qrup mərhələsinin sonuncu-6-cı turunda “Yuventus”-“Bayer” qarşılaşması zamanı gözlənilməz hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, oyun zamanı futbolçu Kriştiano Ronaldonun fanatlarından biri meydana qaçaraq onun boynundan tutub. Onunla selfi etmək istəyən fanatının bu hərəkəti Ronaldonu özündən çıxarıb. Belə ki, meydana qaçan şəxs futbolçunun boynunu cızıb və o dərhal meydandan uzaqlaşdırılıb.

 

Əsəbiləşən Ronaldonu isə digər oyunçular sakitləşdirib.

 

 


Digər xəbərlər

Xəbər xətti