“Sabah”ın U-14 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən “Audi Cup” turnirində iştirak edir.
Sportarena.az klubun saytına istinadən xəbər verir ki, komanda turnir çərçivəsində ilk oyununu İspaniya təmsilçisi “Levante”yə qarşı keçirib.Görüş rəqibin 3:1 hesablı qələbəsilə nəticələnib. "Sabah"ın yeganə qoluna matçın son dəqiqəsində penaltidən Anar Cəbiyev imza atıb.
“Sabah” növbəti oyununu bu gün yerli “Saburtalo”ya qarşı keçirəcək.