AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiya UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən Regional Liqasında mübarizə aparan “Uğur” klubunun futbolçusu Cəmşid Məhərrəmov haqqında qərar verib.
Sportarena.az xəbər verir ki, komissiya onun futbolla bağlı bütün fəaliyyətlərinə qadağa qoyub. Məhərrəmovun danışılmış oyunlarda iştirakı aşkarlanıb.
Xatırladaq ki, dünən Cəmşid Məhərrəmovun həbsi ilə bağlı xəbərlər yayılmışdı.
Qeyd edək ki, Cəmşid Məhərrəmov Azərbaycan milli komandasında və bir çox tanınmış klublarımızda çıxış edib.