Azərbaycanlı futbolçu erməni məşqçiyə görə klubundan ayrılır

10:59 16 Dekabr 2019

Qriqori Babayanın "Tobol"un baş məşqçisi təyin olunması millimizin qapıçısı Emil Balayevin komandadakı gələcəyinə aydınlıq gətirib.

 

Sportarena.az sportinfo.az-a istinadən yazır ki, bu təyinat həmyerlimizin ürəyincə olmayıb. Erməni məşqçinin rəhbərliyi altında oynamaq istəməyən Emil komandadan getmək niyyətindədir. Onun yaxın günlərdə öz fikrini klub rəhbərliyinə çatdıracağı gözlənilir.

 

Balayev bu ilin yanvarında "Səbail"dən "Tobol"a keçmişdi.

 

Qeyd edək ki, "Tobol" dünən Babayanla rəsmi müqavilə imzalandığını açıqlayıb.


Digər xəbərlər

Xəbər xətti