“Kəpəz”lə “Turan Tovuz” Premyer Liqaya gəlir

09:54 17 Dekabr 2019

 "Kəpəz" və "Turan Tovuz" klubları 2020/2021 mövsümündə Azərbaycan Premyer Liqasında çıxış edəcək.

 

Sportarena.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev İctimai TV-də qonaq olduğu "Bol idman" verilişində açıqlayıb.Onun sözlərinə görə, hazırda divizionda çıxış edən əyalət təmsilçiləri növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq.

 

Qeyd edək ki, hazırda Premyer Liqada 8 komanda mübarizə aparır.


Digər xəbərlər

Xəbər xətti