“Keşlə”dən adı oyun alqı-satqısında hallanan məşqçisi ilə bağlı - AÇIQLAMA

10:35 17 Dekabr 2019

“Keşlə” klubu məşqçisi Mehman Babayev və inzibatçısı Asəf Səfərovun danışılmış oyunlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı məlumat yayıb.

 

Sportarena.az xəbər verir ki, klubun rəsmi saytından verilən açıqlamada hər iki şəxsin izahatının alınması üçün çağırıldığı bildirilib. Həmçinin qeyd olunub ki, klub Mehman Babayev və Asəf Səfərovla bağlı araşdırmalardan sonra onlar haqqında qərar verəcək. 

 

Araşdırmaların isə onların “Keşlə” klubunda yox, vaxtilə çalışdıqları “Binə” klubundakı fəaliyyətlərinə görə olduğu açıqlanıb. 


Digər xəbərlər

Xəbər xətti