Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Səbail”lə ilk görüşü "Zirə"də 4 debütlə əlamətdar olub.
Sportarena.az xəbər verir ki, 4 futbolçu komandanın heyətində ilk kubok görüşünə çıxıb. Bunlar Elvin Camalov, Alvaro Ampuero, Miloş Bakraç və Nicat Süleymanovdur.
Bununla da turnirdə “qartallar”ın şərəfini qoruyan oyunçuların sayı 82-yə çatıb. 0:0 hesabı ilə başa çatan bu görüşədək 78 futbolçu kubok görüşlərində “Zirə”nin formasını geyinmişdi.
1/8 final mərhələsinin “Qaradağ-Lökbatan”la oyununda (4:0) 9 futbolçu “Zirə”də ilk kubok matçına çıxmışdı. Bunlar Tapdıq Əhmədov, Kənan Cəfərov, Cəlal Hüseynov, Robin Nqalande, Rafael Məhərrəmli, Orxan Sadıqlı, Anastasios Papazoğlu, Soni Norde və İbrahim Aslanlı olub.