Avrokuboklarda qrup mərhələsinin oyunlarından sonra UEFA klubların reytinq sıralamasını açıqlayıb.
Sportarena.az xəbər verir ki, Avropa Liqasında qrup 3-cüsü olaraq mübarizəni dayandıran “Qarabağ” qitənin 71-ci komandasıdır. Ağdam təmsilçisi bu pilləni Kipr APOEL-i ilə bölüşür. “Qarabağ”la eyni qrupda yer alan və ikinci pilləni tutaraq növbəti mərhələyə çıxan Nikosiya klubu da 21 000 xala malikdir.
Son Azərbaycan çempionu 22 000 xala malik “Malmö”, “Partizan”, “Sent-Etyen”, “Rapid” və “Lester Siti”ni izləyir.“Qarabağ” “Başakşəhər”, “Milan”, “Everton”, “Feyenoord” kimi klubları qabaqlayır.
Siyahıda yer alan digər Azərbaycan klubları – “Neftçi”, “Səbail”, “Keşlə”, “Zirə” və “Kəpəz” 3.750 xalla 274-cü yerə şərikdirlər. Reytinq cədvəlinə Madrid “Real”ı başçılıq edir. “Barselona” 2-ci, "Bayern" 3-cüdür.