Millimizin rəqibləri bəlli oldu

11:44 18 Dekabr 2019

Voleybol üzrə qadınlardan ibarət millimizin qızıl Avropa liqasında rəqibləri məlum olub.

 

Sportarena.az xəbər verir ki, Vasif Tаlıbovun baş məşqçi olduğu komanda C qrupunda Ukrayna, İspaniya və Rumıniya ilə mübarizə aparacaq.

 

Kişilərdən ibarət yığmamız isə gümüş Avropa liqasının A qrupunda Finlandiya və Xorvatiyaya rəqib olub. 

 

Qrup oyunları 2020-ci il may – iyun aylarında keçiriləcək.


Xəbər xətti