AFFA rəhbərliyi Prosineçkiyə təklif göndərib

19:10 18 Dekabr 2019

“AFFA rəhbərliyi birbaşa olaraq Robert Prosineçki ilə görüşüb”

 

Sportarena.az xəbər verir ki, bunu “Qafqazinfo”ya açıqlamasında xorvatiyalı məşqçinin meneceri Yaşar Çalışır deyib.Prosineçkinin yenidən millimizi çalışdıracağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirən türkiyəli agentin sözlərinə görə, AFFA 50 yaşlı mütəxəssisə təklif göndərib:

 

“AFFA rəsmiləri Prosineçkiyə rəsmi təklif göndərib. Amma Robertin alternativ variantları var. Son qərarı Prosineçki verəcək. Bununla bağlı daha ətraflı məlumat verə bilmərəm”.

 

Qeyd edək ki, Prosineçki daha öncə millimizə Yaşar Çalışarın vasitəsiylə gətirilmişdi.


Xəbər xətti