“Zirə”nin futbolçusu Mfo Kqasvane soyulub.
Sportarena.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakının Səbail rayonunda baş verib.Afrikalı futbolçunu dilənçilər qarət edib. Məlum olub ki, 37 yaşlı paytaxt sakini Məmməd Hüseynov polisə müraciət edib.
O bildirib ki, dekabrın 17-də saat 16:50-də Nigar Rəfibəyli küçəsində, 14 saylı binanın yaxınlığında iki dilənçi Botsvana vətəndaşı Kqasvaneyə yaxınlaşıb. Onlar gedəndən sonra afrikalı cibindən 500 dollar və 15 manat pul oğurlandığını aşkar edib.Bununla əlaqədar 9-cu Polis Bölməsi araşdırmalara başlayıb.
Qeyd edək ki, əcnəbi futbolçu “Zirə”də 23 nömrə altında çıxış edən hücumçudu.