İdman Araşdırmalar Mərkəzinin "İlin qalibləri-2019" layihəsi üzrə mükafatçıları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, qaliblərin adları Bakı Olimpiya Stadionunda təşkil olunan "7 qalib" adlı mərasimdə açıqlanıb.
"İlin qalibləri" tədbirinin sponsorları "IlAzero" və "Dadlı Naxçıvan Məhsulları", informasiya dəstəkçisi "Report" İnformasiya Agentliyidi.
Xüsusi mükafatlar:
"Minsk 2019" II Avropa Oyunlarının Əməliyyat Komitəsində layiqincə təmsil etdiyi üçün - Samir Məzahir oğlu Məmmədov
Uşaq idmanının inkişafına verdiyi dəstəyə görə - Tofiq Mirhəsən oğlu Heydərov
İlin ən çox kütləvi tədbir təşkil edən idman qurğusu - Şamaxı Olimpiya Kompleksi
Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünün futbolçusu - Emin Mahmudov ("Neftçi”)
Nominasiyalar üzrə
İlin idman xadimi: Mahir Ələsgər oğlu Məmmədov (Azərbaycan Şahmat Federasiyasının və Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti)
İlin idman qurğusu: Bakı Olimpiya Stadionu
İlin futbolçusu - Emil Balayev ("Tobol”, Qazaxıstan)
İlin əcnəbi futbolçusu - Abdullah Zubir ("Qarabağ”)
İlin komandası - Şahmat üzrə qadınlardan ibarət Azərbaycan millisi
İlin baş məşqçisi - Qurban Qurbanov ("Qarabağ”)
İlin idmançısı - Teymur Rəcəbov (Şahmat)
Qeyd edək ki, ardıcıl 7-ci ildir həyata keçirilən layihənin təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionu, İnformasiya dəstəkçisi "Report” agentliyi, baş sponsoru "AAAF Holding", sponsorları isə Azərbaycanın ilk idman geyimi brendi "İl`Azero” və "Dadlı Naxçıvan Məhsulları"dır.