"Qəbələ"də baş məşqçi təsdiqləndi

16:59 19 Dekabr 2019

Elmar Baxşiyev cari mövsümün sonuna qədər "Qəbələ" futbol komandasının baş məşqçisi təyin olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klub prezidenti Fariz Nəcəfov bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 38 yaşlı mütəxəssis artıq bu vəzifəni müvəqqəti icra etmir və baş məşqçi kimi təsdiqlənib.

 

Nəcəfov "Qəbələ"nin heç kimə borcu olmadığını bildirib: "Akademiyamızın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirik. Ancaq məqsəd yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Juniçlə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq. Klubun hazırda heç kimə borcu yoxdur". 

 

Klub rəhbəri "Qəbələ" Futbol Akademiyasının binasının satışa çıxarılması ilə bağlı xəbəri doğru saymayıb: "Qəbələ" futbol yox, idman klubudu. Bizim "Tokio-2020" Yay Olimpiya Oyunlarından medal gətirəcək idmançılarımız var".


Digər xəbərlər

Xəbər xətti