"Qəbələ" Davit Volkov və İvitsa Yuniçlə müqavilə müddətini uzatmaq istəyir.
Sportarena.az xəbər verir ki, prezidenti Fariz Nəcəfov bildirib.
Klub rəhbəri heç kimə borclarının olmadığını bildirib: "Akademiyamızın yetirmələrini ölkə xaricinə çıxarmaq istəyirik. Ancaq məqsəd yalnız pul qazanmaq deyil. Sponsorlardan gələn vəsait artsa, qış fasiləsində güclənə bilərik. Bəzi futbolçularımıza təkliflər var. Məşqçilərlə məsləhətləşib, qərar verəcəyik. Müqavilələrinin müddəti başa çatan Davit Volkov və İvitsa Yuniç ilə danışıq gedir. Məndə olan məlumata görə, Volkovun ilk seçimi "Qəbələ" olacaq. Klubun hazırda heç kimə borcu yoxdu. Akademiyamızın binasının satışa çıxarılması ilə bağlı xəbər doğru deyil. "Qəbələ" futbol yox, idman klubudu. Tokio-2020 Yay Olimpiya Oyunlarından medal gətirəcək idmançılar var".
Fariz Nəcəfov əyalət təmsilçisinin yeni sponsoru "Jalə" Şirələri ilə əməkdaşlıq müqaviləsi imzaladıqları mərasimdə deyib. Klub rəhbərinin sözlərinə görə, əlavə sponsorların cəlb edilməsi üçün axtarışlar davam edir: "Son vaxtlar klubun büdcəsi ilə bağlı mətbuatda və sosial şəbəkələrdə müzakirələr gedirdi. Deyilənlərdə də müəyyən həqiqətlər vardı. Klubun təsisçisi "Gilan Holdinq"di. Bizə şifahi şəkildə büdcə azaldılacaq. Ona görə də sponsor axtarırdıq və hazırda da görüşmələr davam edir. Artıq "Jalə" Şirələri ilə anlaşmışıq. Maliyyə məsələsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla görüşümüz oldu. Bildiyiniz kimi, AFFA bir sıra klublara maliyyə dəstəyi verir. Biz də belə bir dəstək üçün müraciət etmişdik. Federasiyadan bildirildi ki, qurumun büdcəsi illik təsdiq olunduğu üçün hazırda bizə maliyyə dəstəyi verə bilməyəcəklər. "Qəbələ" ilə bağlı AFFA İcraiyyə Komitəsində hansı müzakirələrin getdiyindən xəbərsizik. "Qəbələ" kimi klubun dağılması Azərbaycan futbolu üçün zərbə olardı. Hazırda başqa sponsorlarla da danışıq gedir. "Qəbələ" yaşayacaq".