“Sumqayıt” “Neftçi” ilə heç-heçə etdi, “Keşlə” “Qarabağ”a uduzdu - YENİLƏNİB

22:00 20 Dekabr 2019

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu oyun günündə iki cavab qarşılaşması baş tutacaq.Öncə “Sumqayıt” “Neftçi”ni qəbul edəcək. Bu rəqibinə səfərdə 1:0 hesabıyla qalib gəlmiş sumqayıtlılar bu üstünlüklərini qorumağa, paytaxt təmsilçisi isə əzmkar qələbə qazanmağa çalışacaq.

 

Heyətlə bağlı ciddi problemləri olan, ilk oyunda minimal hesabla uduzan “Keşlə” isə “Qarabağ”la üz-üzə gələcək. Ağdam klubunun bu üstünlüyü əldən verməsi inandırıcı görünmür.

 

Xatırladaq ki, artıq “Qəbələ” və “Zirə” yarımfinala vəsiqəni təmin edib.

 

Azərbaycan kuboku
1/4 finalın cavab oyunları
20 dekabr

“Sumqayıt” – “Neftçi”  0-0
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov.
Sumqayıt. “Kapital Bank Arena”, 17:00.
İlk oyun – 1:0.

“Keşlə” – “Qarabağ”  1-3
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov.
Bayıl. “ASCO Arena”, 20:00.
İlk oyun 0:1.


Digər xəbərlər

Xəbər xətti