Məşhur azərbaycanlı futbolçu menecerliyə başladı

13:48 20 Dekabr 2019

Azərbaycan əsilli veteran futbolçu Aleksandr Səmədov futbol menecerliyinə başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu badədə o özü açıqlama verib.Səmədov bildirib ki, artıq müştəriləri də var: "Menecer fəaliyyəti ilə məşğul olmağa başladım. Artıq müştərilər də var, siz çətin ki, onlar haqqında bilirsiniz. Aydındı ki, hələlik top futbolçu yoxdu, yavaş-yavaş başlamaq lazımdı. Mən statusumu nəzərə alaraq öz xidmətlərimi top oyunçulara təklif edə bilərəmmi? Hər şey tədricən olacaq. Səs-küysüz, tozsuz və çirksiz hər şeylə məşğul oluruq. Bu ağırdı? Çətin. Bizdə agentlər var, bazar artıq müəyyən insanlar tərəfindən tutulub. Başqa agentlərin mənə nə aidiyyəti? Mənimçün fərqi yoxdur, mənim onlarla bağlılığım yoxdur. Bəziləri ilə ünsiyyət saxlayıram - mən onları tanıyıram, onlar da məni. Hər kəsin öz yolu var. Bəli, biz agentliq qururuq, bununla məşğul olmağı sınaqdan keçiririk. Mətbuata aidiyyətə gəlincə, hər kəsin öz şəraiti və həqiqəti var. Kimsə kölgədə olmaq istəyir, kimsə açıq... Mən öz tərəfimdən hələ ki yalnız öyrənirəm. İndi deyə bilmirəm, mən (mətbuata-red) bağlı, yoxsa açıq olacağam".

 

Qeyd edək ki, Səmədov karyerası ərzində Moskvanın "Spartak", "Lokomotiv", "Moskva", "Dinamo", həmçinin "Krılya Sovetov" və "Znamya" klublarında çıxış edib. O, Rusiya millisində keçirdiyi 53 oyunda 7 qol vurub.


Digər xəbərlər

Xəbər xətti