"Qarabağ"dan təklif almamışam" - AÇIQLAMA

15:07 20 Dekabr 2019

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə evdə "Səbail"ə 1:0 hesabı ilə qalib gələrək, yarımfinala yüksələn "Zirə"nin futbolçusu Xulio Sezar Rodriqes jurnalistlərə müsahibə verib.
 
 

Sportarena.az xəbər verir ki, komandasının yeganə qolunu vuran 29 yaşlı paraqvaylı hücumçu öncə oyunu şərh edib:

 

- Oyun çox gərgin keçdi. 90 dəqiqə ərzində qol epizodlarımız olsa da, istifadə edə bilmədik. Şükürlər olsun ki, əlavə vaxtda qol vurduq. Fərqi yoxdur, bunu kim vurub. Sevinirəm ki, top məni tapdı, qol vurdum və komandaya xeyir verdim. Çox çətin keçdi.

 

- Ehtiyatda qalacağını gözləyirdin?

- Fərqi yoxdur ki, ilk 11-likdə kim var. Əsas hədəfimiz qələbə qazanmaqdır. Start heyətinin önəmi yoxdur. Ehtiyatda olsam da, komandaya eyni faydanı verməyə hazır idim. Bunu da bacardım.

 

- Bombardir olmağı hədəfləyirsiniz?

- Bu cür davam edəcəm. Çalışacam ki, komandaya faydam dəysin. Komanda yoldaşlarıma təşəkkür edirəm ki, mənim üçün bu cür qol imkanları yaradıb.

 

- Vurduğun qolla komanda yoldaşın Adrian Skarlatakeyə böyük kömək oldun. Penaltilərə qalsaydınız, hava limanına gecikəcəkdi. Bundan xəbərin var idi?

- Oyuna sonradan daxil olmağı taktiki gedişlə bağlı idi. Bunu məşqçimiz demişdi. Çox məmnunam ki, komandanı belə durumdan çıxardım və Skarlatakeyə də kömək etdim. Biz bu barədə danışdıq. Əgər Skarlatake qol vursaydı, 90 dəqiqəyə oyun bitəcəkdi.

 

- “Qarabağ”, “Keşlə” və ya “Neftçi”dən transfer təklifi almısınız?

- Bu dəqiqəyə olan məlumatıma görə, belə bir təklif yoxdur. “Zirə” ilə mövsümün sonuna qədər müqaviləm var. Əgər təklif etmək istəsələr, agentimə müraciət edəcəklər.


Digər xəbərlər

Xəbər xətti