"Keşlə"nin yubileyi uğursuz oldu

13:19 22 Dekabr 2019

“Keşlə” Azərbaycan kubokunda 100-cü oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, bu, 1/4 finalın cavab görüşünə təsadüf edib. Öz meydanında “Qarabağ”la qarşılaşan bakılılar yubiley matçında 1:3 hesabı ilə uduzub. Paytaxt klubu 100 matçda 50 qələbə qazanıb, 23 heç-heçə edib və 27 dəfə uduzub. 163 qol vuran “Keşlə” 100-cü yubiley qolunu da “Qarabağ”dan buraxıb.

 

Qarşılaşmadakı ikinci qolun müəllifi Xayme Romero bakılıları üzən 100-cü topa imza atıb. Hazırda 100 oyuna çıxan komanda 101 qol buraxıb.

 

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən “Keşlə” kubokdakı oyun sayında yalnız “Neftçi” və “Qarabağ”dan geri qalır.

 

Yubiley matçına çıxan  komandanın kubokdakı ilk matçı 1997/98 mövsümündə baş tutub. 1/16 finalda mübarizəyə başlayan “Xəzər Universiteti” səfərdə OİK-ə (indiki MOİK) uduzub – 1:6.


Digər xəbərlər

Xəbər xətti