UEFA ötən mövsüm Çempionlar Liqası və Avropa Super Kubokunda iştirak edən klublara 1 milyard 976 milyon avro paylayıb.
Sportarena.az xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında məlumat verilib.2018/19 mövsümündə ən çox qazanan klub "Barselona" olub. Çempionlar Liqasında yarımfinaladək irəliləyən Kataloniya təmsilçisi 117.7 milyon avro qazanıb.
Turnirin qalibi "Liverpul"un gəliri 111.09, finalçı "Tottenhem"in gəliri isə 101.6 milyon avro olub.
"Yuventus" 95.5, "Mançester Yunayted" 93.4, "Mançester Siti" 93.2, PSJ 85.8, "Atletiko" 85.6, "Real" 85.3, "Bavariya" isə 82.8 milyon avro qazanıb.