“Qarabağ”dan ayrılan Simeon Slavçevin yeni klubu məlum olub.
Sportarena.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Bolqarıstanın "Levski" klubuna keçib. Klub saytının məlumatına görə, bolqarıstanlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Slavçev “Qarabağ”a 2018-ci ildə Lissabon "Sportinq"indən keçmişdi. O, Ağdam klubunda 39 oyuna 2 qol vurub.