Veteran futbolçu Nazim Süleymanovun rəhbəri oldugu AFFA Həmkarlar İttifaqı fəaliyyət sahəsini bir qədər də genişləndirib.
Sportarena.az xəbər verir ki, ittifaq İmişli, Masallı, Lənkəran və Şirvanın ardından növbəti yerli təşkilatını Sumqayıtda yaradıb.
Sumqayıtın futbol ictimaiyyəti ilə daha böyük miqyasda görüş keçirməyi planlaşdıran təşkilatın təsis toplantısına 30-a yaxın şəxs qatılıb. Yerli təşkilatın yaradılmasının zəruriliyi qeyd edilib və üzvlər arasında yetkinliklə razılıq ifadə olunub.
Ardında iclasın sədri və katibi seçilib. Sədr Zahir Həsənov, katib isə İsabala Əliyev olub. AFFA Həmkarlar İttifaqının nizamnaməsi yerli təşkilat tərəfindən qəbul edilib. Sumqayıt şəhər futbol ictimaiyyətinin yerli həmkarlar təşkilatının AFFA Həmkarlar İttifaqının tərkibinə daxil olması və xidmətə götürülməsi haqqında məsələyə baxılıb və müsbət rəy verilib.