“Sabah”da ilk rəsmi ayrılıq

12:46 23 Dekabr 2019

Mövsümü 6-cı pillədə başa vuran “Sabah” heyətində "təmizləmə işləri"nə başlayıb.

 

Sportarena.az xəbər verir ki, paytaxt təmsilçisində ilk ayrılıq baş verib.Belə ki, yarımmüdafiəçi Hendrik Ekşteynlə yollar rəsmən ayrılıb. Cənubi afrikalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

 

Qeyd edək ki, “Sabah”a bu yay “Kayzer Çifs”dən keçən Hendrik Ekşteynin müqavilə müddəti 2021-ci ilin yayına qədər idi.


Digər xəbərlər

Xəbər xətti