Gizli səsvermədən sonra Armen Məlikbəyyan Ermənistan Futbol Federasiyasının yeni prezidenti seçilib.
Sportarena.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Məlikbəyyan 23 səsdən 13-nü toplayıb. O, rəqibləri “Lori” klubunun banisi Tovmas Qriqoryanla futbolçu Xoren Ohannesyana qalib gəlib.
Qeyd edək ki, Federasiyanın əvvəlki prezidenti Artur Vanetsyan “Avro-2020”nin seçmə mərhələsində Ermənistan millisinin İtaliyaya 1:9 hesabla uduzmasından sonra noyabrda istefa vermişdi.