"Azərbaycanda oynaya biləcəyim tək komanda "Qarabağ"dı" - Riçard Almeyda“

11:24 26 Dekabr 2019

"Qarabağ”la danışığımız oldu. Hər şeyi açıq-aşkar danışdıq. Mən də klubdan, Emrah Çəlikəldən cavab gözləyirəm".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"la müqaviləsi başa çatan Riçard Almeyda futbolinfo.az-a açıqlamasında deyib.

 

Millimizin yarımmüdafiəçisi hələlik karyerasını harada davam etdirəcəyinin bəlli olmadığını bildirib: "Nə olacaqsa, olacaq. Qarşıdakı vaxtda bunu görəcəyik. Hazırda Braziliyada dincəlirəm. Mənim üçün həmişə ilk önəm verdiyim komanda "Qarabağ” olacaq. Əgər alınmayacaqsa, ayrılacağıq. Hara getsəm, baş məşqçi Qurban Qurbanova məlumat verəcəm”.

 

Almeyda "Neftçi”yə keçəcəyi ilə bağlı yayılan xəbəri isə təkzib edib: "Mən bunu bəyan edirəm ki, heç vaxt "Neftçi”də oynamayacağam. Çünki Azərbaycanda mənim üçün bir komanda var ki, o da "Qarabağ”dı. Bütün uğurlarım bu klubladı. Məşqçimizlə, komanda yoldaşlarımla keçmiş günlərimiz, uğurlarımız çox dəyərlidi. Azərbaycanda oynaya biləcəyim tək komanda "Qarabağ"dı".


Digər xəbərlər

Xəbər xətti