Kamal Mirzəyev "Əl-Salmiyə"də növbəti oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komanda "Prince Cup"un ilk mərhləsində "Əl-Cəhrə" ilə qarşılaşıb. Oyunun əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Əlavə vaxtda "Əl-Salmiyə" 2 qol vursa da, VAR-ın qərarından sonra qeydə alınmayıb. Penaltilər seriyasında isə "Əl-Salmiyə" məğlub olub və mübarizəni dayandırıb.
Kamal matçın 60-cı dəqiqəsində oyuna daxil olub. 25 yaşlı yarımmüdafiəçi 72-ci dəqiqədə komandasının bərabərlik qolunu vurub.
Bu, Kamalın Küveyt klubunda vurduğu 2-ci qol olub.