“Sabah” Rocer Roxasla yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu haqda klubun saytının yaydığı açıqlamada bildirilir. Honduraslı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.Roxas bu ilin avqust ayında “Sabah”a keçib. 29 yaşlı futbolçu “Sabah”da keçirdiyi 13 oyunda (11 Premyer Liqa, 2 ölkə kuboku) 2 qola imza atıb.
“Sabah” FK Rocer Roxasa gələcək karyerasında uğurlar arzulayıb.