Qazaxıstan millisinin və Almaniyanın “Volfsburq” klubunun sabiq futbolçusu Sergey Kərimov vəfat edib.
Sportarena.az xəbər verir ki, o, 34 yaşında dünyasını dəyişib. Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Qeyd edək ki, klub karyerası boyu yalnız Almaniyada çıxış edən Sergey Kərimov 2014-cü ildə karyerasını başa vurub.