Qazaxıstan kubokunun qalibi “Sabah”a rəqib oldu

11:22 27 Dekabr 2019

"Sabah”ın Antalyada keçirəcəyi qış təlim-məşq toplanışında qarşılaşacağı üçüncü rəqib də müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, Jelko Sopiçin rəhbərlik etdiyi kollektiv növbəti yoxlama oyununda "Kaysar”la üz-üzə gələcək.Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qazaxıstan təmsilçisi ilə görüş yanvarın 19-da keçiriləcək.

 

"Kaysar” son mövsümdə Qazaxıstan Premyer Liqasında 6-cı yeri tutub və ölkə kubokunun qalibi olub.

 

"Sabah” yanvarın 11-də Macarıstanın "Pakş”, 15-də isə Rumıniyanın "Akademika Klinçeni” klubuyla qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti